Ardıcıl iki mövsümdür qrupdan çıxa bilmirlər - ÇEMPİONLAR LİQASI

Ardıcıl iki mövsümdür qrupdan çıxa bilmirlər - ÇEMPİONLAR LİQASI

"Barselona" 23 il sonra ilk dəfə ardıcıl 2 mövsüm Çempionlar Liqasının qrupundan çıxa bilmir.

mediasport.az xəbər verir ki, Kataloniya təmsilçisi daha əvvəl 1997/1998 və 1998/1999 mövsümlərində qruplarda qalmışdı.

Cari mövsüm "C" qrupunda "İnter", "Viktoriya" və "Bavariya" ilə mübarizə aparana Xavinin komandası 5 tura topladığı 4 xalla 3-cü pillədə qərarlaşıb. Kollektiv mübarizəni Avropa Liqasında davam etdirəcək.