Alonsolu "Bayer" tarixi oyuna çıxır: Onları çempionluqdan 1 matç ayırır

Alonsolu "Bayer" tarixi oyuna çıxır: Onları çempionluqdan 1 matç ayırır

"Bayer" (Leverkuzen) bu gün Almaniya Bundesliqasında tarixi matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, Şabi Alonsonun komandası ölkə çempionatının 29-cu turunda "Verder"lə qarşılaşacaq.

Onlar həmin görüşdə qələbə qazansalar, Leverkuzen klubu tarixində ilk dəfə Bundesliqa çempionu tituluna yiyələnəcək.

"Bayer" ölkə çempionatının turnir cədvəlində 76 xalla vahid liderdir. Ən yaxın izləyiciləri 63 xalla "Bayern" və "Ştutqart"dır.

Xatırladaq ki, Alonsonun çalışdırdığı kollektiv cari mövsüm Avropa Liqasında "Qarabağ"ı 1/8 finalda məğlub etmişdi.

Almaniya Bundesliqası. 29-cu tur

14 aprel

"Darmştadt - "Frayburq"

"Bayer - "Verder"