"Liverpul" kapitanının Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşdi
2011-ci ildən "Liverpul"un formasını geyinən Cordan Henderson karyerasını Səuidyyə Ərəbistanında davam etdirəcək.
MediaSport.az xəbər verir ki, İngiltərə milli komandasının futbolçusunun "Əl-İttifaq" klubuna keçidi rəsmiləşib.
33 yaşlı yarımmüdafiəçi hazırda Xorvatiyada təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir.
Qeyd edək ki, Dammam şəhəri təmsilçisinin baş məşqçisi Liverpul klubunun əfsanəsi Stiven Cerrardır.
Henderson "qırmızılar"ın heyətində son 12 ildə 360 oyun keçirib.