Andrey Lunyovun agenti: "Ağzınızı yumun və hesab tablosuna baxın"
"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov Rusiya mətbuatına maraqlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, qolkiperi Azərbaycana apardığı üçün ona söz atanlara cavab verən funksioner UEFA Avropa Liqasında 1/8 finala yüksələn "Qarabağ" və müştərisi ilə fəxr etdiyini deyib.
“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Yaxşıdı, əlavə vaxtda qol vurdular. Oyunun hesabı unuduldu, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir. Hamısı qəhrəmandır, mən heç kimi ayırmaq istəmirəm. Emosiyalara qərq olmuşam, klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. "Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır" deyənlərin hamısına cavab vermək istəyirəm - ağzınızı yumun və tabloya baxın. Baxın, Lunyov “Qarabağ”la harada oynayır".
Smirnov Ağdam klubunun qapıçıya yeni müqavilə təklif etdiyini də vurğulayıb: "Qarabağ" anlaşmanın müddətini uzatmaq istəyir. Şərtləri müzakirə edirik. Danışıqlar aparılır".