Macarıstanda oynayan millimizin üzvü növbəti qələbəsini qazandı
Macarıstanda legioner həyatı yaşayan voleybol millimizin lideri Ayşən Abduləzimovanın çıxış etdiyi "Vaşaş" ölkə çempionatında növbəti görüşünü də qələbə ilə başa vurub.
mediasport.az xəbər verir ki, 29 yaşlı voleybolçumuzun komandası 5-ci turda səfərdə “Uypeşt”dən üstün olub - 3:0.
Xalını 15-ə çatdıran "Vaşaş" “Bekeşçaba”dan set fərqinə görə geri qaldığı üçün ikinci pillədə qərarlaşıb.