"Murov" 1/8 finala çıxdı

"Murov" 1/8 finala çıxdı

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunun 1/16 final mərhələsində cavab oyununa çıxıb.

 

mediasport.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Avstriyanın “Holdinq Qrats” klubunu bu dəfə də məğlub edib.

Hər iki görüşdə 3:0 hesabılı inamlı qələbə qazanan təmsilçimiz yarışın 1/8 final mərhələsinə yüksəlib.