Mahir Emreli: "Anam bu qolu gözləyirsə, vuraram" - VİDEO
Azərbaycan yığma komandasının hücumçusu Mahir Emreli formasını geyindiyi Almaniyanın "Nürnberq" klubunun yutub kanalının qonağı olub.
Mediasport.az xəbər verir ki, 27 yaşlı forvard maraqlı açıqlamalar verib.
Hücumçu Azərbaycanı ölkə xaricində yaxşı formada təmsil etməyi arzuladığını bildirib:
"Düşünürəm ki, azarkeşlərimizin mənə ümidləri böyükdür. Buna görə də onları məyus etməmək üçün əlimdən gələni etməli, maksimumumu ortaya qoymalıyam.
Legioner həyatı yaşayan futbolçularımız çox deyil. Məsələn, Almaniyada milyonlarla futbolçu var. Onların xaricdə oynaması sizin üçün xüsusi əhəmiyyət kəsb etmir.
Sizin İspaniyanın “Real Madrid” kimi top klubunda oynamış və hazırda da çıxış edən bir çox futbolçularınız var.
Buna adi hal kimi yanaşırsınız. Amma azərbaycanlı futbolçular xaricdə oynamağa başlayanda diqqət mərkəzinə düşürlər.
Düşünürəm ki, Azərbaycanın uğurlu legioner həyatı yaşayan futbolçuya daha çox ehtiyacı var.
Azarkeşlərimiz “Nürnberq”i dəstəkləyir və oyunlarını izləyirlər. Mən bunu yazılan şərhlərdə də görürəm.
İnsanların demək olar ki, heç biri neqativ fikir bildirmir. Onlar məndən yaxşı nəticələr gözləyirlər".