Mahir Emreliye itki üz verdi
Milli komandamız və Xorvatiya təmsilçisi "Dinamo"nun hücumçusu Mahir Emreliyə itki üz verib.
mediasport.az xəbər verir ki, 26 yaşlı forvardın nənəsi - futbolçunun atası Anar Mədətovun anası Mahirə Mədətova dünyasını dəyişib.
Prodüser Mahirin anası Elnurə Emreli ilə 3 il əvvəl ayrılıb. Cütlüyün 20 ildən çox davam edən nikahından Mahir və bacısı dünyaya gəlib. Mədətovlar boşandıqdan sonra futbolçu ilə yanaşı, anası və bacısı da özünə "Emreli" soyadını götürüb.