"Sabah" Belarusda beynəlxalq turnirdə sonuncu yeri tutub
"Sabah" futbol klubunun U-9 komandası Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü uşaqlarr arasında keçirilən "Bizim gələcəyimiz" beynəlxalq turnirində iştirak edib.
Mediasport.az xəbər verir ki, təmsilçimiz yarışda yerli BATE, "Minsk", "Start" (Minsk), həmçinin Rusiyanın "Zenit" kollektivləri ilə birlikdə A qrupunda mübarizə aparıb.
Masazır klubu BATE (5:4) və "Start"ı (4:0) məğlub edib, "Minsk" (0:3) və "Zenit"ə (0:2) uduzaraq qrupu 3-cü pillədə başa vurub.
Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda 9-12-ci yerlər uğrunda mübarizədə Rusiyanın "Nijni-Novqorod" (0:3) və Belarusun "Volqa Brest" (2:4) komandalarına məğlub olub.
Beləliklə, "Sabah" turniri sonuncu pillədə başa vurub.