Yeni transferləri ərəb klubu ilə görüşdə "Kəpəz"i sevindirdi

Yeni transferləri ərəb klubu ilə görüşdə "Kəpəz"i sevindirdi

Yeni mövsümün hazırlıqlarını Qəbələdə davam etdirən "Kəpəz" növbəti yoxlama matçını keçirib.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan matç "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncəlilərin heyətində yeni transferlər Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.

Xatırladaq ki, "Kəpəz" daha əvvəlki yoxlama görüşlərində "Turan Tovuz"a 0:4, "Şamaxı"ya 1:2 hesabı ilə uduzub.