Marko Veşoviç: "Bizi "Rakuv"la gərgin oyun gözləyir" - MÜSAHİBƏ
"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Linkoln" üzərində 5:0 hesablı qələbədən sonra MediaSport.az saytına müsahibə verib:
Oyun haqqında fikriniz necədir?
- Qalib gəldiyimizə və ikinci mərhələyə adladığımıza görə şadam. İlk oyundan daha yaxşı oynadıq. Azarkeşlərimiz qarşısında yaxşı oyun oynadıq.
Demək olar ki, bu matç sizin üçün daha asan alındı?
- Bəli, yeddi gündür bir yerdəyik. Bir həftə ərzində cavab matçına hazırlaşmağa rahat vaxtımız oldu. İkinci oyundakı performansımız bizi qane edir.
Növbəti mərhələdə qışda yoldaşlıq görüşündə uduzduğunuz "Rakuv" la qarşılaşacaqsız. Bu haqda nə düşünürsüz?
- İndi vəziyyət fərqlidir, qışdakı matçdan fərqli oyun izləyəcəyik. Təbii ki, bu oyun mərhələ adlamaq uğrunda olacaq. Ona görə bizi gərgin oyun gözləyir. Yaxşı hazırlaşmağımıza vaxtımız var.
Bu gün çox aqressiv görünürdüz. Bu nə ilə əlaqədar idi?
- Çox da deməzdim. Bir epizod oldu ki, aqressiv davrandım. Bu da komanda yoldaşımı müdafiə etmək baxımından idi. Yəni, ona görə etmişdim, başqa problem yox idi.
Elvin