“Neftçi”nin zədəli futbolçularının son vəziyyəti məlum olub

“Neftçi”nin zədəli futbolçularının son vəziyyəti məlum olub

"Neftçi”də zədəli futbolçuların son vəziyyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” ilə oyunundan (3:1) əvvəl keçirilən son məşqdə zədələnən qapıçı İvan Brkiç müalicəsini davam etdirir.

Bir müddətdir zədəli olan Kilan Lebon fərdi olaraq hazırlaşır.

Asiya Kubokunda Fələstin milli komandası ilə çıxışını başa vuran Ataa Caber isə bir müddət müalicə kursu keçdikdən sonra Bakıya qayıdacaq.