TFF Azərbaycan bayrağı qadağası ilə ciddi QALMAQALA səbəb oldu

TFF Azərbaycan bayrağı qadağası ilə ciddi QALMAQALA səbəb oldu

Sabah AÇ-2024-ün seçmə qrup mərhələsinin Türkiyə - Ermənistan görüşü öncəsi qardaş ölkədə Azərbaycan üçün xoş olmayan hadisələr yaşanır.

Mediasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Eskişəhərdə oynanılacaq matçda Azərbaycan bayraqları, atributları və bənzər plakatların stadiona buraxılmamasına qərar verib.

Qurumun addımının UEFA-nın tövsiyə və tapşırığı əsasında atdığı bildirilsə də, qərar hər iki ölkədə ciddi etirazlara səbəb olub.

Azərbaycan bayrağının rənglərini özündə əks etdirən istənilən atributun arenaya buraxılmayacağı qərarından sonra hər iki ölkədə sosial şəbəkələrdə ciddi narazılıqlar yaranıb, xüsusi həştəqlər hazırlanıb.

Türkiyəli fanatlar matça Azərbaycan bayrağı ilə gələcəklərini bildirirlər. TFF-nin qərarı sadə insanlar, azarkeş qruplarından savayı, yerli ictimai birliklər və təşkilatların da ciddi etirazı ilə nəticələnib.

Sosial şəbəkələrdə #BayrağımaDokunmaTFF həştəqi yaradılıb. TFF rəsmi açıqlama verməyib.

Oyun Bakı vaxtilə saat 22:45-də başlanacaq.