"Sabah" və "Neftçi"ni üstələyən "Araz-Naxçıvan" çempion olub
AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Premyer Liqa klublarının nümayəndələri arasında keçirilən yarışın qalibi "Araz-Naxçıvan" təmsilçiləri olublar.
Komanda yarımfinalda "Sabah"la qarşılaşıb və 5:1 hesabı ilə qələbə qazanıb. "Neftçi" ilə final matçı 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən "qırmızı-aglar" Zəfər Kubokunu qazanıblar.
Komandaya AFFA tərəfindən medallar və kubok təqdim edilib.