Mbappe və Girassini qabaqlayan Harri Keynə "Qızıl buts" verildi
Karyerasını Almaniyanın "Bavariya" klubunda davam etdirən İngiltərə millisinin futbolçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.
Mediasport.az xəbər verir ki, 31 yaşlı hücumçu mükafata Avropada ötən mövsümün bombardiri olduğu üçün layiq görülüb.
Təcrübəli forvard geridə qalan mövsüm Almaniya Bundesliqasında 36 qol vurub.
Keyn qalib adı uğrunda mübarizədə “Ştuttqart”dan Seru Girassi (28 qol) və hazırda İspaniyanın “Real" klubunda çıxış edən sabiq PSJ-li Kilian Mbappeni (27 qol) geridə qoyub.
Britaniyalı 2023/2024-cü illər mövsümündə Münhen təmsilçisinin heyətində ümumilikdə 45 matç keçirib, 44 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.