Bu gün Çempionlar Liqasında əsas mərhələ 6 matçla start götürəcək

Bu gün Çempionlar Liqasında əsas mərhələ 6 matçla start götürəcək

Bu gün yeni formatda təşkil olunan UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün əsas mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Turnirin son çempionu "Real" doğma azarkeşlər önündə "Ştuttqart"ı qəbul edəcək.

Günün ən maraqla gözlənilən oyunu İtaliyada keçiriləcək: "Milan" əzəli rəqib "Liverpul"u sınağa çəkəcək.

Yarışın pley-offunda Azərbaycan çempionu "Qarabağ"ı üstələyən "Dinamo" (Zaqreb) "Bayern"in qonağı olacaq.

Turun digər oyunları 18-19 sentyabrda keçiriləcək.

UEFA Çempionlar Liqası. Əsas mərhələ. 1-ci tur

17 sentyabr

20:45 "Yuventus" (İtaliya) - PSV (Niderland, Eyndhoven)

20:45 "Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə)

23:00 "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00 "Bayern" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00 "Real" Madrid (İspaniya) - "Ştuttqart" (Almaniya)

23:00 "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)