Albaniya yığmasını tanınmış braziliyalı çalışdıracaq - RƏSMİ

Albaniya yığmasını tanınmış braziliyalı çalışdıracaq - RƏSMİ

Albaniya milli komandasının baş məşqçisi müəyyənləşib.

mediasport.az xəbər verir ki, futbolçu kimi "Arsenal", "Barselona" və "Mançester Siti"dəki çıxışları ilə məşhurluq qazanmış Silvinyo bu ölkənin milli komandasına baş məşqçisi təyin edilib.

Braziliyalı mütəxəssislə AÇ-2024-ün seçmə mərhələsinin sonuna qədər müqavilə bağlanıb. Silvinyo Albaniya seçməsinin baş məşqçisi postunda istefaya göndərilən Eduardo Reyanı əvəz edib. Cənubi amerikalının son iş yeri vətənində "Korintians" olub.