Yassin Benzia DÇ-2026-nın oyunları üçün milliyə dəvət aldı

Yassin Benzia DÇ-2026-nın oyunları üçün milliyə dəvət aldı

“Qarabağ”ın vingeri Yassin Benzia növbəti dəfə Əlcəzair milli komandasına dəvət alıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviçin yığmaya cəlb etdiyi 25 futbolçudan ibarət siyahıda 29 yaşlı yarımmüdafəçinin də adı var.

Əlcəzair seçməsi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 6-da Qvineya, 4 gün sonra Uqanda kollektivləri ilə qarşılaşacaq.

5 ildən çox fasilədən sonra bu ilin martında milliyə dönüşünü qollarla qeyd edən Benzianın bu matçlarda əsas heyətdə meydana çıxacağı gözlənilir.