"Messi Fransanı yox edəcək" - Braziliya yığmasının əfsanəsi

"Messi Fransanı yox edəcək" - Braziliya yığmasının əfsanəsi

Braziliya millisinin keçmiş üzvü, əfsanəvi Ronaldinyo Qauşo Dünya Kuboku-2022-nin finalı haqda maraqlı proqnoz verib.

mediasport.az xəbər verir ki, veteran futbolçu həlledici görüşdə Argentina yığmasının fransızlardan üstün olacağını deyib.

"Ronni" sabiq komanda yoldaşı Lionel Messinin kapitanlığında argentinalıların kuboku qazanacağına şübhə etmədiyini bildirib:

"Əziz dostum Messi bir futbolçudan daha artıqdır. Münasibətimiz çox dəyərlidir, ona hər zaman öz enerjimdən vermək istəyirəm. Finaldan sonra mütləq yanına gedib onu təbrik edəcəyəm. Argentinanın qalib gələcəyinə əminəm. Bir sözlə, Messi Fransanı yox edəcək".

Argentina - Fransa finalı Bakı vaxtilə saat 19:00-da başlanacaq.