Klub elitanı tərk etdiyi üçün azarkeşləri iğtişaşlar törədib

Klub elitanı tərk etdiyi üçün azarkeşləri iğtişaşlar törədib

Futbol üzrə Braziliya A Seriyasında 2023-cü il mövsümü başa çatıb və "Santos" tarixində ilk dəfə elitanı tərk edib.

Mediasport.az xəbər verir ki, tarixi uğursuzluq Sau Paulu təmsilçisinin azarkeşlərinin qəzəbinə səbəb olub.

Fanatlar şəhərdə iğtişaşlar törədərək avtobusları, avtomobilləri, binaları, zibil qutularını yandırıblar.

Qəzəbli azarkeşlər klubun hücumçusu Stiven Mendosanın da avtomobilini yararsız hala salıblar. Qarışıqlıq uzun müddət səngimədiyi üçün küçələrə polislər cəlb edilib.

Qeyd edək ki, 7-qat Braziliya çempionu və Libertadores Kubokunun 3-qat qalibi yeni mövsüm B Seriyasında mübarizə aparacaq.