Mövsümə 60 milyon qazanacaq
ABŞ-nin nüfuzlu “Los Angeles Times” nəşri argentinalı forvard Lionel Messinin “İnter Mayami” ilə müqaviləsinin təfərrüatlarını dərc edib.
Mediasport.az xəbər verir ki, 36 yaşlı ulduz hücumçunun Mayami təmsilçisindəi əsas maaşı 12 milyon dollardır.
O, forma satışı və digər ödənişlər də daxil olmaqla, ABŞ klubunda mövsümə 50-60 milyon dollar qazanc əldə edəcək.
Son dünya çempionu hazırda MLS-də ən çox maaş alan futbolçudur. İkinci pillədə “Toronto”da oynayan italyan Lorenso İnsinye qərarlaşıb (7.5 milyon dollar).
“İnter Mayami”də forma geyinən sabiq “Barselona” oyunçularından Jordi Albanın maaşı 1 milyon dollar, Serxio Busketsin qazancı isə 1.5 milyon dollardır.