"Zirə" "Omoniya" ilə oyunlar üçün UEFA-ya yeni futbolçu sifariş etdi
Tarixində ilk dəfə avrokuboklarda pley-offa çıxan "Zirə"nin heyətində Kiprin "Omoniya" klubu ilə oyunncəsi dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi yeni transfer Giorgi Papunaşvilini UEFA-ya sifariş edib.
Gürcü yarımmüdafiəçi kiprlilərlə görüşlərdə baş məşqçi Rəşad Sadıqovun sərəncamında olacaq.
Zədəli İsmayıl İbrahimli bu qarşılaşmalarda meydana çıxmayacağından adı iştirak ərizəsindən çıxarılıb.
"Qartallar"ın "Omoniya"ya qarşı ilk oyunu avqustun 22-si, 21:00-da Nikosiyada olacaq.