Sabiq "Səbail"li - Tarixin ən yaxşılarından sayılan afrikalı

Sabiq "Səbail"li - Tarixin ən yaxşılarından sayılan afrikalı

“FourFourTwo” nəşri tarixin ən yaxşı afrikalı futbolçularının siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, sıralamada 2019-cu ilin martından 2020-ci ilin iyununa qədər "Səbail"də oynamış Qana milli komandasının əfsanəvi yarımmüdafiəçisi Mikael Essyen də yer alıb.

Siyahıya Misir millisi və İngiltərənin "Liverpul" klubunun forvardı Məhəmməd Salah başçılıq edir.

İkinci yerdə Liberiya yığmasının keçmiş hücumçusu Corc Vea dayanıb.

"3-lüy"ü Kamerun millisinin sabiq forvardı Samuel Eto'o tamamlayır.

Digər yerlərdə ardıcıl olaraq, Didye Droqba, Yaya Ture (hər ikisi Fil Dişi Sahili), Sadio Mane (Seneqal), Riyad Mahrez (Əlcəzair), Abedi Pele (Qana), Mikael Essyen (Qana) və Cey-Cey Okoça (Nigeriya) qərarlaşıblar.