UEFA Millətlər Liqası: Azərbaycan milli komandasının heyəti açıqlandı

UEFA Millətlər Liqası: Azərbaycan milli komandasının heyəti açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Bakıda İsveç (5 sentyabr) və Koşitsedə Slovakiya (8 sentyabr) yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş düşərgəyə 24 oyunçu dəvət edib.

Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov;

Müdafiəçilər: Amin Seydiyev, Qismət Alıyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov;

Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev;

Hücumçular: Ozan Can Kökçü, Ramil Şeydayev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov.

Qeyd edək ki, yığmamızın hər iki matçı Bakı vaxtilə saat 20:00-da başlanacaq.