Musa Qurbanlı yeni komandasının oyununu stadiondan izlədi - FOTO

Musa Qurbanlı yeni komandasının oyununu stadiondan izlədi - FOTO

Azərbaycan milli komandası və "Qarabağ"ın futbolçusu Musa Qurbanlı İsveçə yollanıb.

MediaSport.az xəbər verir ki, 22 yaşlı hücumçu Stokholmda anlaşdığı deyilən "Yurqarden"in ölkə çempionatının 13-cü turu çərçivəsində "Varberq"lə ev görüşünü canlı izləyib.

Yeni klubunun 2:0 hesablı qələbəsinə tamaşa edən forvardın bu gün rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir. İsveç mətbuatı paytaxt təmsilçisinin Qurbanlı ilə 3 illik müqavilə bağlayacağını və Ağdam klubunun bu anlaşmadan 500 min avro qazanacağını yazır.


Elay