Milli futbolçumuzun komandasından Bolqarıstanda ardıcıl 2-ci qələbə

Milli futbolçumuzun komandasından Bolqarıstanda ardıcıl 2-ci qələbə

Bolqarıstan Birinci Liqasında 5-ci turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun heyətində çıxış etdiyi "Arda" növbəti görüşünə evdə çıxıb.

Sofiya "Lokomotiv"i ilə qarşılaşma futbolçumuzun komandasının minmal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Cəlal meydana 81-ci dəqiqədə daxil olub. 4 oyun keçirmiş Kırjali təmsilçisi ardıcıl ikinci qələbə ilə 5 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.