Bundesliqası klubu Mahir Emreli ilə müqavilə bağlamağa hazırdır
Müqavilə ilə Xorvatiyanın "Dinamo" klubuna məxsus Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasına transfer olunmağa yaxındır.
Mediasport.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi yekun qərarını bu həftə açıqlayacaq.
Bu barədə Almaniya təmsilçisinin idman direktoru Joti Xatsialeksiu yerli mətbuata açıqlamasında deyib.
Klub rəsmisi 27 yaşlı hücumçu ilə müqavilə imzalamağa hazır olduqlarını bildirib: "Futbolçu tam hazır olmasa belə, biz onu heyətimizə qatmağa hazırıq".
Xatırladaq ki, Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.