Millimiz ikinci oyunda da uduzdu

  Millimiz ikinci oyunda da uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunan "U-16 Türkdilli Ölkələr Turniri"ndə bu gün 2-ci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, U-16 Ərzurumda Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına uduzub (0:6).

Millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.