21 yaşlı Qurbanov "Şamaxı"ya lazım olmadı, yolları ayırdılar - RƏSMİ
"Şamaxı"da ayrılıq baş tutub.
mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Samir Qurbanovla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Ötən il “Neftçi-2”nin sıralarında olmuş 21 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib. Qurbanov “Qəbələ” Akademiyasının yetirməsidir, vaxtilə Çexiyanın “Viktoriya" (Jijkov) klubuna icarəyə verilsə də, ümidləri doğrultmayıb.