"Qəbələ" futbolçu axtarır

"Qəbələ" futbolçu axtarır

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qrupları üzrə yay seçimləri elan edib.

Mediasport.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda iyunun 2-də keçiriləcək.

Seçimlərdə 2009-13-cü il təvəllüdlü futbolçular iştirak edəcəklər.

Qeydiyyatdan keçmək istəyən uşaqlar təyin olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər: Tel: 050 290 00 63

Qeyd edək ki, saat 11:00-da start götürəcək ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.