Bu gün millimizin 8 cüdoçusu yarışacaq - "Böyük dəbilqə"

Bu gün millimizin 8 cüdoçusu yarışacaq - "Böyük dəbilqə"

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük dəbilqə" yarışının birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.

Mediasport.az xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq.

Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar.

Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.


Qadınlar


48 kq

Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)

52 kq

Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)

Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)

57 kq

Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)


Kişilər


60 kq

Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)

Əhməd Yusifov – Adel Hamada (Misir)

66 kq

Kəramət Hüseynov - Daiki Bouba (Fransa)

Ruslan Paşayev - Matteo Piras (İtaliya)