Cüdoçularımız İspaniyada Avropa Kubokunda 6 medal qazanıblar

Cüdoçularımız İspaniyada Avropa Kubokunda 6 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kubokunu 6 medalla başa vurublar.

Mediasport.az xəbər verir ki, komandamız yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Yığmamız medal əyarına görə ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Sonuncu yarış günündə Süleyman Şükürov və Əli Hacızadə (hər ikisi 81 kq) finalda qarşılaşıblar.

Şükürov qızıl, Hacızadə gümüş medala yiyələnib, Tuncay Şamil (90 kq) bürünc, Kənan Nəsibov (+100 kq) qızıl mükafat əldə edib.

Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) üçüncü yeri tutublar.