AÇ-2024: Azərbaycan yığma komandası Belçikaya məğlub olub

AÇ-2024: Azərbaycan yığma komandası Belçikaya məğlub olub

Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda ikinci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, qrupda keçirdiyi ilk 3 matça cəmi 1 xal qazanan Canni De Byazinin kollektivi "Dalğa Arena"da dünya reytinqinin 4-cüsü Belçika seçməsini qəbul edib.

Millimiz qrupda indiyədək Avstriya və İsveç komandalarına məğlub olub, Estoniya ilə 1:1 bərabərə qalıb.


AÇ-2024. Seçmə qrup mərhələsi. 5-ci tur


F qrupu

Azərbaycan – Belçika 0:1

Qol: Yannik Karrasko, 38.

Baş hakim: Nenad Minakoviç (Serbiya).

Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Anton Kribotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Renat Dadaşov, Ramil Şeydayev.

Baş məşqçi: Canni De Byazi.

Belçika: Kastils, Teate, Vertongen, Faes, Kastan, Tilemans, Onana, Trossar, Bakayoko, Karrasko, Lukaku.

Baş məşqçi: Domeniko Tedesko.