Murad Musayev RFŞ-lə oyun haqda danışdı: "Qorxulu heç nə yoxdur"
Bu gün avrokuboklarda debüt edəcək "Sabah" Latviyada məşqə çıxıb.
MediaSport.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində RFŞ-lə oyun üçün Baltikyanı ölkəyə yollanan Masazır klubunun baş məşqçisi Murad Musayev fikirlərini bölüşüb.
Rusiyalı mütəxəssis matça tam hazır olduqlarını deyib: "Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu, rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır. Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, Yurmala şəhərində keçiriləcək oyun Bakı vaxtilə saat 20:00-da başlanacaq.