RƏSMİ: Murad Musayev sabiq "Qarabağ"lının baş məşqçisi oldu

RƏSMİ: Murad Musayev sabiq "Qarabağ"lının baş məşqçisi oldu

2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər "Sabah"ın baş məşqçisi olan Murad Musayevin yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis sabiq klubu "Krasnodar"a qayıdıb.

Vladimir İviçi əvəz edəcək Musayev keçmiş komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Musayev məşqçilik karyerasına məhz Krasnodar təmsilçisində başlayıb.

O, 2018-2021-ci illərdə əsas komandanın baş məşqçisi olub.

"Qarabağ"ın eks yarımmüdafiəçisi Kadi Borgesin də çıxış etdiyi "öküzlər" Rusiya Premyer Liqasında 20 turdan sonra 2-ci pillədə qərarlaşıblar.