Namik Ələskərovun məşqlərə başlayacağı tarix müəyyənləşdi
"Sabah"ın yarımmüdafiəçisi Namik Ələskərov əməliyyat olunub.
Klubdan mediasport.az saytına verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib. Həkimlərin rəyinə əsasən, milli komandamızın futbolçusu təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.