"Kəpəz"in kapitanı və braziliyalı üzvü gənclərlə görüş keçirib
Gəncə Futbol Akademiyasında 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı əsas komandanın üzvləri ilə görüş keçirilib.
Mediasport.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin elan etdiyi "İdman həftəsi" çərçivəsində reallaşıb.
“Sarı-göylər”in kapitanı Vurğun Hüseynov və portuqaliyalı qolkiper İqor Rodriges akademiyanın 15 və 16 yaşlılardan ibarət komandalarının oyunçuları ilə görüşüblər.
Görüşdə təcrübəli futbolçular gənc həmkarlarına dəyərli tövsiyələrini veriblər.
Sonda akademiyanın koordinatoru Vasif Vəliyev maraqlı söhbətə görə futbolçulara təşəkkür edib, onların keçdiyi karyera yolunu akademiyanın üzvləri üçün yaxşı nümünə adlandırıb.