"Sabah"da oynayan futbolçu ilə İsrail nəhəngi maraqlanır
“Sabah”la müqaviləsi mövsümün sonunda başa çatacaq Kahim Parris karyerasını İsraildə davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Təl-Əvivin “Makkabi” komandasının maraq dairəsinə düşüb.
Məlumata görə, klub rəsmiləri 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin mümkün keçidini müzakirə edirlər.
Qeyd edək ki, Parris Masazır təmsilçisinin heyətində 2023-cü ilin sentyabrından çıxış edir.