"Neftçi" ilk transferini açıqlayıb

 "Neftçi" ilk transferini açıqlayıb

"Neftçi" qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə müqavilə imzalayıb.

23 yaşlı sol vinger "Neftçi"nin heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte son olaraq Bolqarıstanın "Lokomotiv" klubunda çıxış edib.

O, cari mövsümdə Plovdiv təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.