1-ci turdan sonra UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

1-ci turdan sonra UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

Avrokubokların ilk mərhələsindən sonra ölkələrin UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib.

Mediasport.az xəbər verir ki, 25-ci pillədə qərarlaşan Azərbaycanın əmaslı 17,000-a bərabərdir.

“Zirə” ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şerif”ə uduzmaqla ölkəmizə hesabına xal yazdıra bilməyib.

Azərbaycandan bir pillə irəlidə Slovakiya (17.375), bir addım geridə Kipr (16.975) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.