"Qarabağ" və "Neftçi"də oynamış braziliyalı yeni klubla anlaşıb
"Qarabağ" və "Neftçi"nin keçmiş müdafiəçisi Ailton Silvanın yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, braziliyalı karyerasını ölkəsində davam etdirəcək.
28 yaşlı sol cinah futbolçusu "Amazonas" klubunda oynayacaq.
"Sambaçı" aşağı liqa klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"də, 2019/2020 mövsümündə isə "Qarabağ"da çıxış edib.