"Turan Tovuz"un 32 yaşlı futbolçusu növbəti dəfə yığmaya çağırıldı
"Turan Tovuz"un 32 yaşlı mərkəz müdafiəçisi Siyanda Xulu növbəti dəfə Cənubi Afrika Respublikasının milli komandasına dəvət alıb.
mediasport.az xəbər verir ki, təcrübəli futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi üçün toplanmış 35 nəfərlik ilkin heyətdə yer alıb.
Baş məşqçi Uqo Broos yekun heyəti növbəti həftə açıqlayacaq. Cənubi Afrika millisi martın 24-də doğma meydanda Liberiyanı qəbul edəcək.
Xulu 2012-ci ildən yığmada çıxış edir, indiyədək 9 görüş keçirib.