"Neftçi"də erkən VİDA? - Roman Qriqorçuk üçün SON 3 OYUN!

"Neftçi"də erkən VİDA? - Roman Qriqorçuk üçün SON 3 OYUN!

"Neftçi"də sular durulmaq bilmir.

Komandanın geridə qalan 6 turda uğursuz çıxışı rəhbərliyin səbr kasasını daşırmaq üzrədir.

Cəmi 2 qol vuran və qələbə üzünə həsrət qalan, həmçinin baxımlı, nizamlı oyun sərgiləməyən paytaxt klubunun rəsmiləri son olaraq biraraya gəlib, baş məşqçi Roman Qriqorçukla yekun məşvərət aparıblar.

Klub yönətimi ukraynalı mütəxəssisə yaradılan şərait qarşılığında nəticələrin bərbad və bu cür davamiyyətin yolverilməz olduğunu xatırladıb. Bildirilib ki, onun istədiyi transferlərin hamısı həyata keçirilib.

Son xəbərdarlığı alan çalışdırıcı gedişatı müsbətə doğru dəyişməyə 3 matçlıq vaxt istəyib. Rəhbərlik ona ilk dövrənin sonunadək zaman tanıyıb.

2 xalla turnir cədvəlinin 9-cusu olan "Neftçi" bu müddətdə "Qarabağ", "Sumqayıt" və "Kəpəz"lə görüşlərdə azı 7 xal toplamasa, ukraynalının istefası qaçılmaz olacaq.

Mediasport.az