Bakı klubu Fransa liqasından millinin hücumçusunu gətirdi - FOTO

Bakı klubu Fransa liqasından millinin hücumçusunu gətirdi - FOTO

Yay hazırlığının ikinci mərhələsi üçün Türkiyəyə yollanan "Səbail" daha bir futbolçunu transfer edib.

MediaSport.az saytına daxil olan məlumata görə, Bayıl təmsilçisinin yeni üzvü Fransanın aşağı liqa təmsilçisi "Sedan"dan gələn Alexandre Ramalinqomdur.

Madaqaskar millisinin 30 yaşlı hücumçusu "dənizçilər"ə Türkiyədə qoşulacaq.

Forvard 2020-ci ildən "Sedan"ın formasını geyinib, daha əvvəl bu ölkədə “Ayaçço”, Belçikada “Virton” kimi komandalarda oynayıb. Ramalinqom 2020-ci ildən dəvət aldığı yığmada 7 dəfə meydana çıxıb.

"Transfermarkt"da afrikalının dəyəri 300 min avro göstərilib.