"Neftçi" Rusiyadakı yarışa məğlubiyyətlə başladı

"Neftçi" Rusiyadakı yarışa məğlubiyyətlə başladı

"Neftçi" "Matç TV" Kubokunda ilk oyununu keçirib.

MediaSport.az xəbər verir ki, paytaxt təmsilçisi meydan sahibi "Zenit"lə qarşılaşıb.

"Ağ-qaralar" ilk hissədə hesabı açsalar da, üstünlüyü qoruya bilməyiblər. Beləcə, bakılılar turnirə məğlubiyyətlə başlayıblar.

"Neftçi" iyulun 8-də "Srvena Zvezda" (Serbiya), 15-də isə "Fənərbağça" (Türkiyə) ilə qarşılaşacaq.


"Matç TV" Kuboku


"Zenit" (Rusiya) - "Neftçi" 3:1 

Qollar: Mantuan 49, Klaudinyo 70, Bakayev 80 - Saldanya 39-pen.

Rusiya, Sankt-Peterburq. "Qazprom Arena".

"Neftçi": İvan Brkiç, Solomon Kverkveliya, Azər Əliyev, Mateus Saldanya, Kilan Lebon, Eddi İsrafilov (k), Rəhman Hacıyev, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Fərid Yusifli.

Ehtiyat oyunçular: Emil Balayev, Aqil Məmmədov, Rza Cəfərov, Höccət Haqverdi, Kenni Sayef, Filip Ozobiç, Elton Əlibəyli, Samir Həsənov, Yeqor Boqomolski, Rüfət Abbasov, Hüseyn Babayev, Ağadadaş Salyanski, Ömər Qurbanov.