Dünya çempionu vəfat edib
1984-1994-cü illərdə futbol üzrə Almaniya milli komandasının formasını geyinmiş Andreas Breme dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, Bundestimlə 1990-cı ildə dünya çempionu adını qazanmış veteran 63 yaşında vəfat edib.
Onun həyatını itirməsinə səbəb infrakt olub.
Breme karyerası ərzində "Kayzerslautern", "Bavariya", "İnter" (Milan) və "Saraqosa" (İspaniya) klublarında çıxış edib, iki dəfə Almaniya, bir dəfə İtaliya çempionu adını qazanıb.