“Gəncə”dən Cəlilabad səfərində əzmkar qələbə - ABL-də 16-cı tur

“Gəncə”dən Cəlilabad səfərində əzmkar qələbə - ABL-də 16-cı tur

Azərbaycan Basketbol Liqasında 16-cı turun növbəti oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, “Cəlilabad” doğma meydanda “Gəncə”yə uduzub - 91:103.

Cənub təmsilçisi bu məğlubiyyətlə pley-off şanslarını azaldıb.

Bu nəticədən sonra “Cəlilabad” 21 xalla 8-ci, xallarını 20-yə çatdıran “Gəncə” doqquzuncu pillədə qərarlaşıb.

Turun digər oyunlarında “Xırdalan” “Sərhədçi”yə 112:105, “Sabah” “Şəki”yə 93:80, “Sumqayıt” isə “Xəzri”yə 84:77 hesabı ilə qalib gəlib.

Tura sabah “NTD-İndiqo” - “Neftçi” dueli ilə yekun vurulacaq.