Milli komandamız Avropa çempionatına qələbə ilə başladı

Milli komandamız Avropa çempionatına qələbə ilə başladı

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda ilk matçını Albaniyaya qarşı keçirib.

Evren Alkayanın rəhbərlik etdiyi yığma inamlı qələbə qazanıb.

Komandamız 2-ci turda Gürcüstan, sonda Ermənistanla görüşəcək.


Avropa çempionatı, C divizionu. B qrupu. 1-ci tur


Azərbaycan - Albaniya 72:53 (15:17, 20:6, 16:14, 21:16)