Bürünc medalçı məlum oldu, bu gün çempion müəyyənləşə bilər
Azərbaycan Basketbol Liqasında bürünc medalçı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "NTD-İndiqo" ilə "Xırdalan" arasında üçüncü yer uğrunda ikinci duel baş tutub.
Növbəti dəfə qələbə (92:83) qazanan Xaçmaz təmsilçisi ümumi hesabda 2:0 üstünlük əldə etdiyi üçün Azərbaycan çempionatının bürünc medallarını qazanıb.
Komandalar arasında ilk görüşdə "NTD-İndiqo" 95:79 hesabı ilə qalib gəlmişdi.
Bu gün "Sabah" və "Xəzri" final qarşılaşmasında üz-üzə gələcək. İlk matçda "Xəzri" böyükhesablı qələbəyə sevinib - 90:75.
Debütant son çempion üzərində növbəti dəfə qalib gəlsə, ölkə çempionu olacaq.
"Sabah" sevinən tərəf olsa, mayın 22-də üçüncü - həlledici oyun olacaq.