"Neftçi"dən Şahruddin Məhəmmədəliyevə müqavilə təklifi

"Neftçi"dən Şahruddin Məhəmmədəliyevə müqavilə təklifi

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.

Mediasport.az saytına verilən məlumata görə, Türkiyə Superliqasında "Adana Dəmirspor"un şərəfini qoruyan 31 yaşlı qolkiperi "Neftçi" transfer etmək istəyir.

"Ağ-qaralar"ın sabiq "Qarabağ"lıya birbaşa müqavilə şərtləri irəli sürdüyü bildirilir.

Qarşı tərəf yekun qərarını yaxın günlərdə verəcək.

Xatırladaq ki, 7 illik "Qarabağ" karyerasından sonra ötən ilin yayından qardaş ölkədə forma geyinən milliləşdirilmiş dağıstanlının Adana təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.